Ağstafada silah-sursat tapılıb


16:38     16 Avqust 2017 silah%20sursat6.jpg

Ağstafa rayonunda silah-sursat aşkar edilib.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları və Ağstafa Rayon Polis Şöbəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki Ceyrançöl adlanan ərazidən “Siqnal” markalı tapança, idman tapançası, kustar üsulla hazırlanmış “Naqan” tipli silah, 6 ədəd patron darağı, 1 ədəd iri çaplı silahların nizamlanmasında istifadə olunan dəzgah, ov silahının qundağı, 129 ədəd avtomat patronu və 17 ədəd boş giliz aşkar edilərək götürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 1211