NATO hərbçiləri Kiyevdəki paradda iştirak edəcək


17:43     16 Avqust 2017 6814534be84fdbd8af7afa6fa7738934.jpg

NATO hərbçiləri avqustun 24-də Kiyevdə Ukraynanın Müstəqillik Günü ilə bağlı keçiriləcək hərbi paradda iştirak edəcək.


Ukrayna mətbuatının yaydığı məlumata görə, bu barədə Ukraynanın müdafiə naziri Stepan Poltorak deyib.

O bildirib ki, iştirakçı ölkələrdən 9-u NATO üzvü, 1-i isə üzvlüyə çalışan ölkədir. S.Poltorakın sözlərinə görə, paradda 10 ölkənin hərbçiləri və 11 dövlətin müdafiə nazirləri iştirak edəcək.

Qeyd edək ki, Kiyevin mərkəzində keçiriləcək parada 4,5 min hərbçi qatılacaq. Onlardan təxminən 1000 nəfəri Donbasda müharibənin iştirakçılarıdır.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 854