`Milli Ön`dən pul oğurlayan şəxs tutulub


18:12     16 Avqust 2017 milli_on_aparati.jpg

Binəqədi rayonu ərazisindəki mağazalardan birindən pul və tütün məmulatı, habelə orada quraşdırılmış “Milli Ön” ödəmə terminalından pul oğurlanıb.


Femida.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 11-də rayon ərazisindəki mağazalardan birindən 500 manat pul və tütün məmulatı, habelə orada quraşdırılmış “Milli Ön” ödəmə terminalından 385 manat pul oğurlamaqda şübhəli bilinən Ağdaş rayon sakini, əvvəllər məhkum olunmuş Cavad İsayev tutulub.

Femida.az

Açar sözlər:

Oxunub: 1868