Avtobus yük maşınına çırpılıb - xəsarət alanlar var


19:40     16 Avqust 2017 qeza%20yeni8.jpg

Ucarda iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.


Femida.az xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun 220-ci kilometrliyində, Ucar rayonunun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.

Şəmkir rayon sakini, 1992-ci il təvəllüdlü İbrahimli Röyal Bəylər oğlunun idarə etdiyi "Ford" markalı pomidorla yüklənmiş sərnişin mikroavtobusu qarşıda hərəkətdə olan, Ağdam rayon sakini, 1972-ci il təvəllüdlü Bəxtiyar Sabir oğlu Cəfərovun idarə etdiyi "KamAZ" markalı yük maşınına çırpılıb.

Nəticədə mikroavtobusun sürücüsü R. İbrahimli və onun həmyerlisi olan sərnişin, 1990-cı il təvəllüdlü İslamzadə Zahid Şamil oğlu müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdiriliblər.

Faktla Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 658