Masallıda ana və iki azyaşlı övladı yandı


21:26     16 Avqust 2017 xestexana1.jpg

Masallı rayonunda ana və iki azyaşlı övladı ağır yanıq xəsarəti alıb.


Femida.az xəbər verir ki, hadisə Qızılavar kəndində qeydə alınıb. Kənd sakini, 1994-cü il təvəllüdlü Aytəkin Bağır qızı Seyfullayeva südlə dolu qazanı ocaqdan götürərkən qazan aşıb. Nəticədə, ana və 2013-cü il təvəllüdlü qızı Zəhra, 2014-cü il təvəllüdlü oğlu Əmənullah ağır yanıq xəsarətləri alıblar.

Onlar dərhal Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Uşaqların vəziyyəti ağır olduğu üçün Bakıdakı xəstəxanalarından birinə yola salınıblar.

Femida.az

Açar sözlər:

Oxunub: 707