Səudiyyə şahzadəsi vəfat edib


13:24     17 Avqust 2017 spt-411480247.jpg

Səudiyyə kral ailəsinin nümayəndəsi şahzadə Bandar bin Fəhd bin Saad bin Əbdülrəhman əl Səud vəfat edib.


Rusiya KİV-lərinin yaydığı xəbərə görə, bu barədə kral evinin mətbuat xidməti məlumat yayıb.

Şahzadə avqustun 17-də dəfn ediləcək. Hadisə ilə bağlı əlavə məlumat verilməyib.

Qeyd edək ki, mayda kral Salman bin Əbdüləziz əl Səudun 90 yaşlı qardaşı Maşal bin Əbdül Əziz, bir həftə əvvəl isə 26 yaşlı Salman bin Saad bin Abdulla bin Turki əl-Saud vəfat edib. Şahzadənin ölüm səbəbi açıqlanmasa da, onun ürək tutmasından öldüyü güman edilir.

Femida.az

Açar sözlər:

Oxunub: 1003