Barselonada dəhşətli terror - 13 ölü, 20 yaralı (CANLI)


01:52     18 Avqust 2017 terror%20barselona.jpg

İspaniyanın Barselona şəhərində naməlum sürücü idarə etdiyi mikroavtobusu kütlənin üzərinə sürüb.


Femida.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Las Ramblas turizm bölgəsində baş verib. Məlumata görə, sürücü hadisə yerindən qaçıb.

Hadisə nəticəsində 13 nəfər həyatını itirib, 20 nəfər yaralanıb.

Ölü sayının artacağı istisna edilmir.

İspaniya polisi olayı terror aktı kimi qiymətləndirib. Sakinlərə terror aktı törədilən ərazidən uzaq durmaq tapşırılıb. Barselonada metro stansiyaları və yaxınlıqdakı yollar bağlanıb.





Femida.az

Açar sözlər:

Oxunub: 2107