İspaniyada terror aktını törədənin kimliyi məlum olub - FOTO


02:35     18 Avqust 2017 barseterror_1502992422.jpg

İspaniyanın Barselona şəhərində yük maşınını piyadalın üzərinə sürən sürücünün kimliyi məlum olub.


Femida.az xarici KİV-ə istinadən xəbər verir ki, sürücünün Driss Oukabir adlı şəxs olduğu bildirilir. Polisin məlumatına görə, o, furqon tipli yük maşınını Santa-Perpetua-de-Moqoda yaşayış məntəqəsində icarəyə götürüb.

Qeyd edək ki, bu gün Barselonanın mərkəzindəki piyadalar üçün nəzərdə tutulmuş Rambla küçəsində naməlum şəxsin idarə etdiyi yük maşınının kütləyə çırpılması nəticəsində 13 nəfər ölüb, azı 20 nəfər xəsarət alıb.

Femida.az

Açar sözlər:

Oxunub: 953


Oxşar xəbərlər