Çaylarımızda son vəziyyət açıqlandı


21:15     18 Avqust 2017 caylar366.jpg

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-80, Kiçik Qafqazın çaylarında 30-80, Lənkəran-Astara bölgəsi çaylarında 30-60 və Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Femida.az-a verilən xəbərə görə, avqustun 18-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 79 m3/s olmaqla ongünlük normanın 59 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 95 m3/s olmaqla ongünlük normanın 71 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 11.0 m3/s olmaqla, ongünlük normanın 16 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 39.0 m3/s təşkil edərək ongünlük normanın 58 faizinə bərabər olub.

Avqustun 18-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra və Araz çayının Novruzlu məntəqəsində 1 sm, Bankədə 6 sm azalma, Şirvanda 2 sm artım qeydə alınıb. Salyan məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 350 sm (2016-cı il avqustun 18-də 359 sm), Şirvanda 215 sm, Salyanda 138 sm (2016-cı il avqustun 18-də 150 sm), Bankədə 181 sm (2016-cı il avqustun 18-də 188 sm), Araz çayının Novruzlu məntəqəsində isə 64 sm (2016-cı il avqustun 18-də 70 sm) təşkil edir.

Femida.az

Açar sözlər:

Oxunub: 563


Oxşar xəbərlər