Baş Prokurorluq bu saytlara xəbərdarlıq etdi
22:04 18 Avqust 2017
Azərbaycan Respublikasının Baş Prokurorluğunda aparılan araşdırmalarla müəyyən edilib ki, son günlər bəzi kütləvi informasiya vasitələrində, o cümlədən “Aztoday.az”, “İnfoaz.org” və “Xural.com” internet saytlarında müxtəlif başlıqlar altında dərc edilmiş məqalələrdə sensasiya naminə, həqiqətə uyğun olmayan, ictimai rəyi çaşdırmaq məqsədi güdən yalan və qərəzli məlumatlar yayılıb.
Qurumun mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, bununla əlaqədar həmin saytların baş redaktorları Baş prokurorun birinci müavini Rüstəm Usubov tərəfindən qəbul edilərək, “Prokurorluq haqqında” qanunun tələblərinə müvafiq olaraq rəhbərləri olduqları internet saytlarında sensasiya naminə, qərəzli informasiyaların yayılmasına son qoyulması tələb edilməklə, gələcəkdə bu xarakterli məlumatların yayılmasını davam etdirəcəkləri təqdirdə barələrində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəklərinə dair rəsmi xəbərdarlıq edilib.
Femida.az
Oxunub: 1217
Oxşar xəbərlər
- Baş Prokurorluqda əməliyyat müşavirəsi keçirilir
- Baş prokuror vətəndaşlarla görüşdü
- Baş nazir: “Tramp həddini aşdı” - Qüds böhranı böyüyür
- Baş Prokurorluğun məlumatı
- Baş prokuror vətəndaşları qəbul edəcək
- Baş Prokurorluq və DİN dəhşətli qətllə bağlı birgə məlumat yayıb
- Baş Qərargahı rəisinin müavini işdən qovuldu
- Baş Prokurorluq 17 yaşlı uşaqla bağlı xəbərləri təkzib etdi
- Baş Prokurorluğun nümayəndəsi beynəlxalq tədbirdə iştirak edib
- Baş bankir manatdan danışdı