Qayadan yıxılaraq öldü


22:26     18 Avqust 2017 1375355914_p6300030.jpg

Gəncə sakini Daşkəsəndə bədbəxt hadisə nəticəsində ölüb.


Hadisə rayonun Kəmərqaya kəndində qeydə alınıb. Gəncə sakini, 1957-ci il təvəllüdlü Mustafa Vahabov dostları ilə çayın kənarında istirahət edərkən ehtiyatsızlıq nəticəsində qayalıqdan çaya yıxılıb.

M. Vahabov hadisə yerində ölüb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. (apa)

Femida.az

Açar sözlər:

Oxunub: 1368


Oxşar xəbərlər