Qonşusunu bıçaqladı


01:14     19 Avqust 2017 bicaqlanma.PNG

Salyan rayonunda bıçaqlanma hadisəsi baş verib.


Hadisə axşam saatlarında, rayonun "Plastik" yaşayış massivi adlı əraizisndə qeydə alınıb.

Belə ki, həmin yaşayış massivinin sakini, 31 yaşlı Elvin Cuma oğlu Ovezberdiyev qonşusu tərəfindən sol döş qəfəsi nahiyyəsindən 2 bıçaq yarası alıb. Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılaraq əməliyyat olunub. Reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. (Report.az)

Femida.az

Açar sözlər:

Oxunub: 981