Barselonada terror qurbanlarının sayı 15 nəfərə çatıb


01:27     19 Avqust 2017 spain-barcelona-pedes-759.jpg

Barselonada baş vermiş terror aktı nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.


Bu barədə `Reuters` agentliyi məlumat yayıb.

Qeyd edək ki, ötən gün Barselona şəhərində naməlum sürücü idarə etdiyi avtomobili kütlənin üzərinə sürüb. Las Ramblas turizm bölgəsində baş vermiş hadisə nəticəsində ilkin məlumata görə 13 nəfər ölüb və 119 nəfər yaralanıb.

Sürücü hadisə yerindən qaçıb. İspan polisinin keçirdiyi xüsusi əməliyyat nəticəsində o və daha bir neçə terrorçu zərərsizləşdirilib.

İspaniya hökuməti hadisənin terror aktı olduğunu açıqlayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1052