Trampın müşaviri istefa verib


02:04     19 Avqust 2017 4546985.jpg

ABŞ prezidenti Donald Trampın strateji məsələlər üzrə müşaviri Stiv Bennon postunu tərk edib.


Femida.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidentinin mətbuat katibi Sara Sandersin bəyanatında deyilir.

Onun sözlərinə görə, Stiv Bennon vəzifədən getməsini Ağ Ev aparatının rəhbəri Con Kelli ilə bu gün razılaşdırıb.

Qeyd edək ki, Trampın seçkiqabağı komandasına qatılmamışdan öncə S.Bennon sağçı “Breitbart” saytına rəhbərlik edib.

Femida.az

Açar sözlər:

Oxunub: 1098