6 metrlik quyuya düşən şəxs xilas olundu


13:20     19 Avqust 2017 quyu4.png

Şəkidə quyuya düşən şəxs xilas olunub.


Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şəki şəhərində 1 nəfərin quyuya düşərək köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur.

Dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasedicilər hadisə yerinə cəlb olunaraq, dərinliyi 6 metr olan kanalizasiya quyusundan vətəndaşı çıxaraq aidiyyətı üzrə təhvil veriblər.

Femida.az

Açar sözlər:

Oxunub: 744