Avtobusda silah çəkən sərnişinlə bağlı RƏSMİ AÇIQLAMA


15:30     19 Avqust 2017 1476084861_14760803213781118892_1000x669_1503127638.jpg

Daxili İşlər Nazirliyi Bakıda marşrut avtobusunda sürücüyə silah çəkən sərnişinin kimliyini müəyyənləşdirib.


Femida.az xəbər verir ki, avqustun 18-də saat 20 radələrində Binəqədi RPİ 7-ci Polis Bölməsinə zəng edən şəxs A.Məmmədov küçəsindəki dayanacaqda 85 saylı xətt avtobusuna minmiş naməlum şəxsin üzərində olan tapança ilə sürücüyə hədə-qorxu gəlməsini bildirib.

Dərhal görülən tədbirlərlə sürücü Şamaxı rayon sakini Gülağa Xudaverdiyevə qarşı odlu silaha bənzər əşya nümayiş etdirməklə xuliqanlıq edənin şəxsiyyəti müəyyən edilib və hazırda onun yaxalanması üçün zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı cinayət işi başlanılıb. Binəqədi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 4547