Həmkəndlisini baltalayaraq öldürdü


16:41     19 Avqust 2017 kiracisini_balta_ile_oldurdu_h795.jpg

Quba rayonunda qətl hadisəsi baş verib.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az -a verilən məlumata görə, avqustun 18-də Quba rayonunun Cimi kəndi ərazisindən kənd sakini Vətən Əhmədov baş nahiyəsindən yetirilən xəsarət ilə xəstəxanaya aparılarkən yolda ölüb.

Quba RPŞ-nin əməkdaşları tərəfindən aparılan araşdırmalarla avqustun 17-də V.Əhmədovla həmkəndlisi Maarif Alxasov arasında mübahisə baş verməsi və bununla əlaqədar avqustun 18-də V.Əhmədovun məsələyə aydınlıq gətirmək üçün M.Alxasovun evinə getməsi və baş vermiş münaqişə zamanı M.Alxasovun ona balta ilə xəsarət yetirməsi müəyyən edilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə M.Alxasov tutulub.

Femida.az

Açar sözlər:

Oxunub: 866