Lerikdə maşın dərəyə aşıb, ölənlər var - YENİLƏNİB


21:56     19 Avqust 2017 masin%20asib%20qeza_yeni1.jpg

Lerikdə baş verən ağır avtoqəzada xəsarət alanların kimliyi məlum olub.


APA-nın cənub bürosunun verdiyi məlumata görə, onlar Rusiyanın Xabarovsk şəhərinin sakini, 1980-cı il təvəllüdlü İrina Suvorova Yuriyevna və Lənkəranın Biryan kənd sakini, 1968-ci il təvəllüdlü Tağı Maşallah oğlu Tağızadədir. Onların vəziyyətinin qənaətbəxş olduğu deyilir.

***

Lerikdə baş verən avtoqəzada iki nəfər ölüb, iki nəfər xəsarət alıb.

Ölənlərdən biri qadındır. Hadisədə xəsarət alan iki nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda zərərçəkənlərin kimliyi müəyyənləşdirilir. İlkin məlumata görə,qəzaya uğrayanlardan ikisi Lənkəran sakini, digər ikisi Rusiya vətəndaşıdır.

***

Lerikdə avtomobil dərəyə aşıb, ölən var.

Lənkəran-Lerik yolunun 24-cü km-də "Toyota” markalı minik avtomobili idarəetmədən çıxaraq, aşıb. Nəticədə avtomaşında olan sərnişin hadisə yerində ölüb.

Fakt araşdırılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1113