Astarada reyd - 20 sürücü cərimələndi


20:45     19 Avqust 2017 astara.jpg

Ölkəmizdə keçirilən “Təmiz hava aylığı” çərçivəsində yol polisinin Astarada keçirdiyi reyd zamanı 20-yə yaxın sürücü inzibati qaydada məsuliyyətə cəlb olunub. Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının birgə keçirdiyi reyd zamanı avtomobillərin havaya buraxdığı dəm qazının miqdarı yoxlanılıb.


Reyd zamanı ümumilikdə 60-a yaxın sürücü saxlanılıb. Onların arasında yol hərəkəti qaydalarını pozan sürücülərə də rast gəlinib.

Taksi fəaliyyəti ilə qeyri-qanuni məşğul olan, sürücülük vəsiqəsi olmadan texniki cəhətdən nasaz vəziyyətdə idarə olunan nəqliyyat vasitələri saxlanılaraq həmin sürücülər barəsində müvafiq cəza tədbirləri görülüb.

“Təmiz hava aylığı” çərçivəsində keçirilən reydlər avqustun sonuna qədər davam edəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 1040