40 minə yaxın müəllimin maaşı artacaq


22:17     19 Avqust 2017 manat1.jpg

“Azərbaycanda diaqnostik qiymətləndirmədə iştirak edən müəllimlərin əmək haqqı mərhələ-mərhələ artırılıb. Yalnız 2017-ci ilin aprel-may ayları ərzində keçirilən qiymətləndirmədə iştirak edənlərin əmək haqqı 2018-ci ilin yanvar ayından artırılacaq”.


Femida.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov deyib. Onun sözlərinə görə, əmək haqqının artımı 40%-ə yaxın olacaq.

Nazirlik rəsmisi qeyd edib ki, bununla da 2018-ci ilin yanvarından artıq bütün ölkə üzrə müəllimlər artımla əmək haqqı alacaq: “Bu günə kimi əmək haqqı artırılan müəllimlərin sayı 90 mindir. Qalan 40 minə yaxın müəllimin əmək haqqı isə yanvardan artırılacaq”.

Femida.az

Açar sözlər:

Oxunub: 1318