Sürücünü tapança ilə hədələyən şəxslə bağlı - YENİ XƏBƏR


23:58     19 Avqust 2017 Clipboard02jpg.jpeg

Binəqədi Rayon Polis Bölməsinin əməkdaşları Bakıda avtobus sürücüsünü tapança ilə hədələyən sərnişinin kimliyini müəyyənləşdiriblər.


Femida.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, videoda görünən sərnişin 1988-ci il təvəllüdlü Bərdə sakini Orucov Orxan Cəmil oğludur.

Məlum olub ki, Orucov həmçinin müxtəlif şəxslərə borclu olduğu üçün də polis tərəfindən axtarılır. Hazırda onun saxlanılması və məsuliyyətə cəlb edilməsi üzrə əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan görüntülərdə 85 saylı avtobusa daxil olan sərnişin sürücüyə öz iradlarını bildirərək, onu tapança və ya tapançaya bənzər əşya ilə hədələyib.

Femida.az

Açar sözlər:

Oxunub: 1406