Bu ölkədə spirtli içkilərin satışı qadağan edildi


00:25     20 Avqust 2017 59f9bf421166e706cebc2203804a01c2.jpg

Bu ilin sentyabrında “Aziat-2017” oyunularının keçirilməsi zamanı ictimai asayişi təmin etmək üçün Türkmənistanda oktyabradək spirtli içkilərin satışı qadağan edilib.


Femida.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Türkmənistan Ticarət Nazirliyinin əməkdaşı bildirib.

“Qadağanın tətbiqində əsas məqsəd avqustun 17-dən hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən təhlükəsizlik tədbirləri ilə əlaqədar ictimai asayişi və əmin-amanlığı təmin etməkdir”, - adının çəkilməsini istəməyn nazirlik əməkdaşı vurğulayıb.

Qeyd edək ki, cari il sentyarbın 17-də ölkə paytaxtı Aşqabadda 5-ci “Aziat-2017” oyunlarının təntənəli açılışı olacaq. Oyunlar sentyabrın 27-də başa çatacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 1392