25 cinayət “isti izlər”lə açılıb


01:07     20 Avqust 2017 2015-04-18-13-48-08din-nazirlik-full-liderxeber-6401.jpg

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün qeydə alınmış 86 cinayət faktından 25-nin üstü “isti izlər”lə açılıb.


Femida.az DİN-in saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 19 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş dörd yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər ölüb, bir nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli səkkiz fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər tutulub.

Femida.az

Açar sözlər:

Oxunub: 864