“Erməni soyqırımı” iddiası ilə çıxış edən yazıçı tutulub


02:08     20 Avqust 2017 Doğan-Axanlı_1503164940.jpeg

İspaniya polisi Türkiyənin sorğusu əsasında türk əsilli Almaniya vətəndaşı olan yazıçı Doğan Axanlı saxlayıb.


Bu barədə “Kölner Stadt-Anzeiger” nəşrinə D.Axanlının vəkili bildirib.

Məlumata görə, yazıçı bu gün məzuniyyətdə olduğu Qranada şəhərində saxlanılıb. Polisin İnterpolun təcili saxlanılmasına dair göstərişi əsasında saxlanılıb.

Yazıçının saxlanılmasına əsas Türkiyədə ona qarşı başlanılan cinayət işi olub.

Məlumata görə, 60 yaşlı D.Axanlı 1992-ci ildən Almaniyada yaşayır. O, qondarma “erməni soyqırımı” iddiaları ilə bağlı əsərləri ilə tanınır. (APA)

Femida.az

Açar sözlər:

Oxunub: 1348