Barselonada müsəlmanlar etiraz etdilər


04:02     20 Avqust 2017 5987faffb1c50489588c6e4de20997ef.jpg

Avqustun 17-də terror hücumları baş vermiş Barselonada müsəlmanlar terrorçuluğun əleyhinə etiraz aksiyası keçiriblər.


Femida.az-ın xarici KİV-lərə istinadən xəbərinə görə, aksiyada onlarla etirazçı iştirak edib.

Məlumata görə, etirazçılar terrorçuların hücumuna məruz qalmış Rambla küçəsi boyu yürüş ediblər. Onlar əllərində “Biz terrorçu deyil, müsəlmanıq” yazılmış plakatlar tutmuşdular.

Qeyd edək ki, İspaniyanın Barselona və Kambrils şəhərlərində avqustun 17-də törədilən terror hücumları nəticəsində 14 nəfər ölüb, 130-dan çox şəxs xəsarət alıb.

Femida.az

Açar sözlər:

Oxunub: 844