Prezident limonad zavodunun açılışın edib


14:40     20 Avqust 2017 15032100041019646330_1000x669.jpg

Bu gün Azərbaycan prezidenti İlham Əliyev “Gədəbəy Mineral Suları” MMC-nin limonad zavodunun açılışında iştirak edib.

Femida.az xəbər verir ki, dövlət başçısı müəssisə ilə tanış olub.

Bildirilib ki, 2010-cu ildən fəaliyyət göstərən Gədəbəy mineral sular zavodunun istehsal etdiyi məhsullar daxili bazarla yanaşı, Rusiyaya və Bəhreynə də ixrac olunur. Yaxın vaxtlarda məhsulların daha bir neçə ölkəyə ixrac edilməsi planlaşdırılır. Müəssisədə 120-yə yaxın işçi çalışır. Zavodun inşasında dövlətin güzəştli kreditlərindən istifadə olunub.

Prezident İlham Əliyev müəssisəni işə salıb.

Femida.az

Açar sözlər:

Oxunub: 575