İraqda iki gəmi toqquşub, ölənlər var


19:15     20 Avqust 2017 iraqda%20gemi%20toqqusub.JPG

İraqda iki gəmi toqquşub.


Femida.az xəbər verir ki, hadisə şənbə günü, ölkənin ərazi sularında, Hor-Abdulla boğazında baş verib.

Dövlət limanına məxsus "Аl-Misbar" gəmisinin "Royal Arsenal" gəmisi ilə toqquşması nəticəsində bir neçə nəfər itkin düşüb.

Hadisə zamanı "Аl-Misbar" gəmisinin göyərtəsində 21 dənizçi olub. Onlardan 10-u xilas edilib, 4-ü ölüb, digərləri isə itkin düşmüş sayılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1188