Maestro Niyazinin 105-ci ildönümüdür


20:22     20 Avqust 2017 niyazi_237475676.jpg

Bu gün maestro Niyazinin anadan olmasının 105-ci ildönümüdür.


Azərbaycanın xalq artisti Niyazi Zülfüqar oğlu Tağızadə - Hacıbəyov 1912-ci il avqustun 20-də Tiflis şəhərində dövrünün tanınmış bəstəkarı Zülfüqar Hacıbəyovun ailəsində anadan olub. Çox kiçik yaşlarından ətrafında məşhur xanəndələr görən Niyazidə də musiqiyə böyük maraq oyanıb. O, ilk təhsilini Bakı Musiqi Texnikumunda alır, lakin sonra təhsilini davam etdirmək üçün Moskva və Leninqrad (indiki Sankt-Peterburq) şəhərlərinə gedib.

SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət Mükafatı laureatı, Azərbaycan Lenin komsomolu laureatı, Beynəlxalq Nehru mükafatı laureatıdır. Niyazinin ifaçılıq fəaliyyəti daha çox Opera və Balet Teatrı ilə bağlıdır. O, 1937-48, 1951-52-ci illərdə teatrın dirijoru, bədii rəhbəri və baş dirijoru olub. 1979-cu ildən filarmoniyanın direktoru vəzifəsində çalışıb.

"Xosrov və Şirin" operasının (1942), "Çitra" baletinin (1961), "Zaqatala süitası" (1934), "Qaytağı" (1939), "Konsert valsı" simfonik əsərlərinin, "Rast" simfonik müğamının (1949) "1920-ci ildə" opera-kantatasının, simfonik orkestr üçün "Rəqs süitası"nın, Hindistan yazıçısı Rabindranat Taqorun əsərləri əsasında yaratdığı "Çitra" baletininin (1962) və sairə musiqi əsərlərinin müəllifidir.

Femida.az

Açar sözlər:

Oxunub: 834


Oxşar xəbərlər