Dünya çempionunu öldürən azərbaycanlı tutuldu - Yenilənib


00:51     21 Avqust 2017 anar18.jpg


Femida.az Rusiya mətbuatına xəbər verir ki, Xabarovsk polisi pauerliftinq üzrə dünya çempionu Andrey Draçyovu öldürməkdə şübhəli bilinən şəxs Amursk şəhər sakini, 1992-ci il təvəllüdlü Allahverənov Anar Əliyar oğludur.

Rusiya Daxili İşlər Nazirliyinin Xabarovsk diyarı üzrə Baş İdarəsinin mətbuat xidmətindən bildirilib ki, hazırda polis onun ola biləcəyi hər yeri axtarır və şəhərin müşahidə kamerasını nəzərdən keçirir:

“Bu, onun yaşadığı, olduğu və dincəldiyi yerlərdir. Onun tanışlarının bütün dairəsi öyrənilir”, - deyə İdarədən bildirilib.

Hüquq-mühafizə orqanları həmçinin hava limanını, vağzalları və yolları yoxlayırlar. Şübhəli şəxsin olduğu istiqamətə post-patrul xidmətinin bütün əməkdaşları göndərilib.

Harada yaşaması ilə bağlı pasport qeydiyyatının tələb olunmadığı mehmanxanaların sahibləri bu barədə məlumatlandırılıb.

Yenilənib*** 20:49

Rusiyalı idmançı Andrey Draçovu Xabarovsk şəhərində döyərək öldürən azərbaycanlı Anar Allahverənov saxlanılıb.

Femida.az Rusiya mətbuatına istinadən xəbər verir ki, A.Allahverənov keçirilən xüsusi əməliyyat nəticəsində ələ keçirilib.

1992-ci il təvəllüdlü Allahverənov Anar Əliyar oğlunun qaydasın döyüşlə məşğul olduğu məlum olub.



Açar sözlər:

Oxunub: 7760