Fransada meşə yanğınları qatarların yolunu kəsdi


01:56     21 Avqust 2017 mese%20hirkan%20ark.jpg

Fransanın cənubunda geniş masştablı meşə yanğınları qatarların hərəkətinin dayanmasına səbəb olub.


Femida.az -ın RFI-yə istinadən verdiyi məlumata görə, Oban şəhəri yaxınlığında yanğın sahəsi 240 hektara çatıb.

Yanğın şənbə günü günün ikinci yarısında bir fərdi yaşayış evində başlayıb. Yanğının söndürülməsinə 600 yanğınsöndürən cəlb olunub, eyni zamanda aviasiya cəlb edilib. Üç yanğınsöndürən və bir yaşlı qadın tüstüdən zəhərlənib.

Şənbədən bazara keçən gecə yanğınsöndürənlər yanğının yayılmasını dayandıra biliblər. Yanğınlar səbəbindən 3 saat ərzində Paris-Nice istiqamətində qatarların hərəkəti dayandırılıb. Bu gün səhər qatarların hərəkəti qismən bərpa olunub.

Açar sözlər:

Oxunub: 892