Parlament Ruhaninin təklifini bəyənmədi


01:30     21 Avqust 2017 1415798182_teleqraf.com1415797067ruhani7.jpg

İran parlamenti prezident Həsən Ruhaninin energetika naziri postuna namizədliyini irəli sürdüyü Həbibolla Bitarafın namizədliyini dəstəkləməyib.


Bu barədə “Press TV” məlumat yayıb. Parlament prezidentin digər nazir postuna namizədlərini isə dəstəkləyib. Yeni kabinetdə neft naziri Bican Namdar Zənqane və xarici işlər naziri Məhəmməd Cavad Zərif postlarını qoruyublar. Müdafiə naziri postuna Əmir Hatəmi təsdiqlənib. Ə. Hatəmi bundan əvvəl müdafiə nazirinin müavini olub.

Açar sözlər:

Oxunub: 570