Ərdoğanın çağırışı Avstriyanı narahat etdi


02:22     21 Avqust 2017 140312-erdogan-editorial7.jpg

Avstriya daxili işlər naziri Sebastyan Kurts Türkiyənin ölkənin daxili işlərinə qarışmasına dözməyəcəyini bəyan edib.


Femida.az xəbər verir ki, o, bu barədə “Welt” qəzetinə müsahibəsində bildirib.

Kurts deyib ki, Türkiyə prezidenti Ərdoğan təkcə Almaniyanın deyil, digər ölkələrin də daxili işlərinə qarışır:

“Türkiyə xüsusən də Avstriya və Almaniyadakı türk mənşəli vətəndaşlardan istifadə etməyə, Türkiyədəki münaqişələri qütbləşdirməyə və Avropa İttifaqına ötürməyə çalışır”.

Açar sözlər:

Oxunub: 1102