İmtahanda az bal toplayan qız intihar etdi - TƏFƏRRÜAT
17:20 18 Sentyabr 2017
Dünən Gəncə şəhərində məktəbli qızın intihar etməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Femida.az Lent.az-a istinadən xəbər verir ki, şəhərin Təbriz küçəsində yaşadığı evdə özünü asaraq həyatına son qoyan 15 yaşlı Gülçin Qəmbərli 16 saylı orta məktəbin 10-cu sinif şagirdi olub. O, sentyabrın 15-də ilk dərs günündə iştirak edib. Lakin dünən səhər məktəb rəhbərliyi şagirdləri şəhərdə keçiriləcək marafona apararkən Gülçinin gəlmədiyi məlum olub. Xəbər gəlib ki, yeniyetmə qız yaşadığı mənzildə özünü asaraq intihar edib.
İlkin araşdırma zamanı məlum olub ki, G.Qəmbərli məktəbdən əlavə hazırlıq kursuna gedirmiş və kursda keçirilən test imtahanında aşağı nəticə göstərib. Bu səbəbdən evdə anası onu danlayıb. Psixoloji sarsıntı keçirən qız daha sonra özünü asıb.
Araşdırmalar davam etdirilir.
Femida.az
Oxunub: 1647
Oxşar xəbərlər
- İmtahanda 201 bal toplayan gənc özünü asdı
- İmtahanda bütün suallara cavab yazdı
- İmtahanda az bal toplayan müəllimdən qəribə addım - Milçəkdən şikayət etdi
- İmtahanda az bal yığdığı üçün intihara cəhd etdi - Video
- İmtahandan qovulanlar var - Nəticələr bu gecə açıqlanacaq
- İmtahandan qovulanlar var
- İmtahandan kəsilənlər bu gün yenidən imtahan verir
- İmtahandan kəsilən tələbələr Abel Məhərrəmovla görüşdü
- İmtahandan kəsilən müəllimlərə şad xəbər
- İmtahandan kəsilən tələbə intihar etdi