“Bir kəmər, bir yol” - Çindən VİDEOREPORTAJ


21:40     18 Sentyabr 2017 WhatsApp%20Image%202017-09-18%20at%2013.31.53.jpeg

“Bir kəmər, bir yol” layihəsi çərçivəsində Çin Xalq Respublikasının Qansu əyalətinin Dunxuan şəhərində beynəlxalq forum öz işinə başlayır.


Femida.az xəbər verir ki, tədbirin Dunxuan şəhərində keçirilməsinə səbəb Böyük İpək Yolunun əsasını buradan götürməsidir.

Qeyd edək ki, Dunxuan şəhəri Çinin xan sülalələri tərəfindən qala kimi inşa edilib. Min illər buradan dəvə və at karvanları keçib getmiş, Cənubi və Şərqi Asiyadan və hətta Avropadan olan tacirlər, buddist rahiblər özlərinin fərqli adət-ənənələrini buraya gətirmişlər. Daha sonra bu şəhər Böyük İpək Yolunun başlanğıcına çevrilmişdir.



Dunxuandakı “Min Buddanın mağarası” kompleksi özündə Moqao adlanan 492 mağaranı birləşdirir. Hər bir mağarada Buddanın bədii və heykəltəraşlıq təsvirləri vardır. E.ə III əsrə aid olan buddist məbədlərin burada tikilməyi Dunxuan şəhərinə müqəddəslik adı qazandırıb və bu da öz növbəsində İpək Yolunun qorunmasına səbəb olub. Dunxuan mağaraları həm də müqəddəs mətnlərin qorunduğu yer olmuşdur.



Dunxuan şəhərində səhra ortasında yerləşən Aypara gölü də qeyri-adiliyi ilə seçilir. Dünyanın ən gözəl geoloji möcüzələrindən sayılan Aypara gölü 2 min ildir qum fırtınaları və havanın isti keçməyinə baxmayaraq qurumur. Ancaq qlobal istiləşmə Aypara gölündən də yan keçməyib. Gölün dərinliyində azalma muşahidə olunur.





Günay Arda
Oğuz Altay
Femida.az

Açar sözlər:

Oxunub: 2512


Oxşar xəbərlər