`Qarabağ münaqişəsi sülh yolu ilə həll edilməlidir` - Polşa prezidenti


17:40     20 Sentyabr 2017 70f72542034ace8538e5fcdebfa2ffb5.jpg

"Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll edilə bilər".


Femida.az xəbər verir ki, bunu Polşa prezidenti Anjey Duda BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində Ermənistan prezidenti Serj Sarkisyanla görüşü zamanı deyib. “Polşanın bu məsələdə mövqeyi dəyişməyib. Münaqişə sülh yolu və beynəlxalq hüquq normalarına uyğun həll edilməlidir”, - deyə o, söyləyib.

S. Sarkisyan da öz növbəsində bu məsələdə ATƏT-in Minsk qrupunun həmsədrləri və Avropa İttifaqının balanslaşdırılmış mövqeyinin əhəmiyyətini vurğulayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 678