Türkiyə təyyarələri İraqın şimalına aviazərbə endirdi


02:33     21 Sentyabr 2017 turkiye%20pkk2.jpg

Türkiyə Silahlı Qüvvələri tərəfindən (TSQ) İraqın şimalında yerləşən Zap və Avaşin-Basyan bölgələrinə hava əməliyyatı təşkil olunub.


Bu barədə TSQ-dən açıqlama verilib. Verilən məlumata görə, dünən axşam saatlarında Zap və Avaşin-Basyan bölgələrindəki PKK düşərgələrinə qarşı həyata keçirilən hava əməliyyatında terrorçuların istifadə etdiyi müəyyən edilən silah mövqeyi, sığınacaq, silah və sursat anbarları məhv edilib. Əməliyyata qoşulan təyyarələrin bazalarına qayıtdığı bildirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 648