Nazir departament rəhbəri və onun müavinini işdən çıxardı
15:57 21 Sentyabr 2017
Vergilər Nazirliyində kadr dəyişikliyi baş verib.
Femida.az report-a istinadən xəbər verir ki, nazirliyin departament rəhbəri və onun müavini vəzifədən azad ediliblər.
Məlumatda deyilir ki, nazir Fazil Məmmədovun əmri ilə Nazirliyin Daxili təhlükəsizlik Departamentinin baş direktoru Vüqar İsmət oğlu İsmayılov və onun müavini Nəsimi Əsgər oğlu Cəfərov vəzifəsindən azad edilib.
Adıçəkilən departamentə rəhbər təyinatı hələ yoxdur.
N.Cəfərov isə Əlaqələndirmə Departamentinin baş direktoruna müavin təyin edilib.
Xatırladaq ki, N.Cəfərov bundan öncə Vergilər Nazirliyi yanında Lokal gəlirlər Departamentinə rəhbərlik edib.
Vergilər Nazirliyinin Daxili təhlükəsizlik Departamentinə rəhbərlik müvəqqəti olaraq Cavanşir Nuriyevə həvalə edilib. O, bundan əvvəl nazirliyin Hüquq Departamentinin baş direktor müavini vəzifəsində çalışıb.
Femida.az
Oxunub: 2219
Oxşar xəbərlər
- Nazirliyə 262 minə yaxın müraciət daxil olub
- Nazir müavininin kürəkəninin intihar səbəbi bəlli oldu - Təfərrüat
- Nazirlər Kabinetindən ali təhsil müəssisələriylə bağlı QƏRAR
- Nazir Zərdaba gedir
- Nazirliyə 23 mindən çox müraciət daxil olub
- Nazir uşaq ölümündən danışdı
- Nazirlik ölkə üzrə reydlərə başladı - Qanunsuz satış edənlər cərimələndi
- Nazir ön xəttdə yoxlama apardı
- Nazirlik əhaliyə müraciət etdi
- Nazir İmişlidə görüş keçirdi