Nazirlər Kabinetinin yeni strukturu açıqlanıb
20:07 21 Sentyabr 2017
"Azərbaycan Respublikasının Nazirlər Kabineti (NK) Aparatının strukturunun təsdiq edilməsi haqqında" Azərbaycan Prezidentinin 2017-ci il 23 avqust tarixli Fərmanının icrasını təmin etmək məqsədi ilə NK bir sıra qərarlarına dəyişikliklər edib.
Femida.az xəbər verir ki, yeni dəyişikliklərlə NK Aparatının yeni strukturu da məlum olub.
Bu dəyişikliyə əsasən, NK-nın iqtisadiyyat şöbəsi hazırda maliyyə və iqtisadiyyat məsələləri şöbəsi, sosial məsələlər üzrə şöbə hazırda humanitar və sosial məsələlər şöbəsi, xarici iqtisadi əlaqələr şöbəsi hazırda beynəlxalq əlaqələr şöbəsi, sənaye və energetika şöbəsi hazırda sənaye və energetika məsələləri şöbəsi, neft və kimya şöbəsi hazırda neft və kimya məsələləri şöbəsi, aqrar-sənaye şöbəsi hazırda kənd təsərrüfatı məsələləri şöbəsi, ekologiya şöbəsi hazırda ekologiya məsələləri şöbəsi, müdafiə sənayesi şöbəsi hazırda təhlükəsizlik və müdafiə məsələləri şöbəsi adlanır.
Bundan başqa, NK-nın tikinti və kommunal təsərrüfatı şöbəsi artıq kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsi, regionların inkişafı şöbəsi regionların inkişafı məsələləri şöbəsi, beynəlxalq kredit və yardımlar üzrə şöbə beynəlxalq maliyyə təşkilatları ilə iş şöbəsi, qaçqınların, məcburi köçkünlərin və miqrasiya problemləri üzrə şöbə qaçqınların və məcburi köçkünlərin məsələləri şöbəsi, ümumi şöbə sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi olub.
NK Aparatının kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdiri Şahin Salahov, Təhlükəsizlik və müdafiə məsələləri şöbəsinin müdiri Qulu İmanquliyev olub.
Femida.az
Oxunub: 1226
Oxşar xəbərlər
- Nazirlər Kabinetindən ali təhsil müəssisələriylə bağlı QƏRAR
- Nazirlər mətbuat konfransında dalaşdı
- Nazirlər Kabinetinin sabiq əməkdaşının məhkəməsi başlayır
- Nazirlər Kabinetində ştat sayı artırıldı
- Nazirlərin konfransında Bakı Bəyannaməsi qəbul olundu
- Nazirlər Kabinetinin əməkdaşları qəzaya düşdü - ölən var
- Nazirlər Kabinetinin səlahiyyəti artırıldı
- Nazirlər bölgələrə gedir
- Nazirlər Kabinetində qaçqınların statusu ilə bağlı iclas keçirildi
- Nazirlər Kabinetinin iş qaydası və Aparatının Əsasnaməsi təsdiq edildi