İlham Əliyev Mali Prezidentini təbrik etdi


22:28     21 Sentyabr 2017 2017_ilham_aliyev_0308.jpg

Azərbaycan Prezidenti İlham Əliyev Mali Prezidenti İbrahim Bubakar Keytaya təbrik məktubu göndərib.


Femida.az xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Mali Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından təbriklərimi yetirirəm.

Ümidvaram ki, Azərbaycan-Mali əlaqələri ölkələrimizin və xalqlarımızın mənafelərinə uyğun olaraq genişlənəcək və inkişaf edəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və tərəqqi arzulayıram".

Femida.az

Açar sözlər:

Oxunub: 513