`Qarabağ` - `Roma` oyununa 58 min bilet satılıb


13:57     22 Sentyabr 2017 67c910f5f7aaf62f71e3e02acf82c25d.jpg

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinin ilk ev oyununda qarşılaşacağı “Roma”yla matçın bilet satışı davam edir.


Femida.az xəbər verir ki, ötən günə olan məlumata görə, artıq bu qarşılaşmaya satılan biletlərin sayı 58 000-ə çatıb.

Satışda yalnız 2 manatlıq biletlər qalıb.

Azarkeşlər biletləri aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə edə bilərlər. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.

Qeyd edək ki, “Qarabağ” - “Roma” matçı sentyabrın 27-si saat 20:00-da start götürəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 765