Xədicə İsmayılova məhkəməyə müraciət edib


17:50     22 Sentyabr 2017 xedice77.jpg

Jurnalist Xədicə İsmayılovanın ölkədən çıxışa qadağanın götürülməsi ilə bağlı yenidən Binəqədi rayon Məhkəməsinə müraciət edib.


Femida.az-ın xəbərinə görə, X. İsmayılovanın iş üzrə sənədləri bu gün məhkəməyə təqdim olunub.

Qeyd edək ki, bir müddət əvvəl X. İsmayılova ölkədən çıxışına qadağanın götürülməməsi ilə bağlı Binəqədi rayon Məhkəməsinin qərarından Bakı Apellyasiya Məhkəməsinə şikayət edib. Şikayət təmin edilməyib.

X. İsmayılova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 7 il 5 ay müddətində azadlıqdan məhrum edilib. Ali Məhkəmə X. İsmayılovanın cəzasının 3 il 6 ay müddətinə şərti cəza ilə əvəzlənməsinə dair qərar qəbul edib və o, azadlığa buraxılıb. Ona ittiham olunduğu Cinayət Məcəlləsinin 179 və 308-ci maddələri üzrə bəraət verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 728