Erməni deputatlar Bakını gəzəcəklər


18:04     22 Sentyabr 2017 47t8467687.jpg

Azərbaycanda səfərdə olan Ermənistan parlamentinin üzvləri Bakıda gəzintiyə çıxacaqlar.


Femida.az-ın xəbərinə görə, bunu erməni deputatlardan biri - Mane Tandilyan deyib.

”Sabah biz Bakıda müxtəlif yerləri gəzəcək və baxacağıq ki, erməni irsi necə qorunub”, - deyə o, bildirib.

Xatırladaq ki, Mane Tandilyan və Armen Aşotyan “Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə “Şərq Tərəfdaşlığı” ölkələri parlamentlərinin cəlb edilməsi” adlı beynəlxalq konfransda iştirak etmək üçün Bakıda səfərdədirlər.

Femida.az

Açar sözlər:

Oxunub: 1945