Ata-anasını öldürən şəxsin axtarışı davam etdirilir


18:36     22 Sentyabr 2017 poliss15.jpg

Gədəbəydə ata-anasını qətlə yetirən şəxsin axtarışları davam edir.


Rayon Polis Şöbəsindən Femida.az-a verilən məlumata görə, ötən gün Qurudərə kəndində atası 86 yaşlı Mikayıl Məsimovu və anası 79 yaşlı Ayna Məsimovanı bıçaqlayaraq qətlə yetirən 55 yaşlı Şöhrət Məsimov axtarılır.

Ailəsi ilə Bakıda yaşayan Ş. Məsimovun yayda kəndə gələrək ata evinin yanında olan evində qalıb təsərrüfatla məşğul olduğu bildirilir.

Yaşlı ər-arvad evdə 15 yaşlı qız nəvələri ilə qalırmış. Məlumata görə, hadisə baş verən vaxt qız mağazaya gedibmiş. Ş. Məsimovun sərxoş vəziyyətdə cinayəti törətdiyi ehtimal olunur.

Qeyd edək ki, bu gün Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, sentyabrın 21-də Gədəbəy rayonunun Qurudərə kəndində yaşayan Şöhrət Məsimov evində ailə-məişət münaqişəsi zəminində atası Mikayılı və anası Aynanı bıçaqla qətlə yetirib hadisə yerini tərk edib.

Faktla əlaqədar cinayət işi başlanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1034


Oxşar xəbərlər