Məsciddən oğurluq etdi, narkotiklə tutuldu


21:59     22 Sentyabr 2017 583683.jpg

Hacıqabulda məscidlərdən birində oğurluq olub.


Femida.az xəbər verir ki, bu barədə Rayon Polis Şöbəsinə ərizə ilə müraciət olunub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı oğurluqda şübhəli bilinən Hacıqabul rayon sakini, əvvəllər məhkum olunmuş 39 yaşlı Sirac Cahangirov saxlanılıb. Onun üzərindən 0,161 qram heroin aşkar edilərək götürülüb.

Oğurlanan əşyalar - ümumilikdə dəyəri 200 manat olan su nasosu, səsgücləndirici və maqnitofon maddi sübut kimi götürülərək istintaq işinə əlavə edilib.

Faktla bağlı Hacıqabul RPŞ-də cinayət işi başlanıb, araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 656