Mingəçevirdə mərmi tapılıb
23:08 22 Sentyabr 2017
Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Mingəçevir şəhərində Daş bazarının yaxınlığında partlamamış mərminin olması barədə məlumatlar daxil olub.
ANAMA-dan Femida.az-a bildirilib ki, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri tərəfindən həmin əraziyə baxış keçirilib, operativ əməliyyat axtarış tədbirləri nəticəsində aşkar olunmuş 1 ədəd 76 mm-lik top mərmisi (OF-343) götürülərək zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Femida.az
Oxunub: 595
Oxşar xəbərlər
- Mingəçevirdə 4 otaqlı ev yanıb
- Mingəçevirdə yataqxanada yanğın: 17 nəfər təxliyə olunub
- Mingəçevirdə kişi meyiti tapıldı
- Mingəçevirdə kişi meyiti tapılıb
- Mingəçevirdə güclü yanğın - 10 nəfər təxliyyə olunub
- Mingəçevirdə iş adamını döyən şəxslər saxlanılıb
- Mingəçevirdə sex yanıb
- Mingəçevirdə maşınlar toqquşdu
- Mingəçevirdə üçəm qız dünyaya gəlib
- Mingəçevirdə kişi meyiti tapıldı