Bacısına mesaj yazdığına görə adam öldürən şəxsdən XƏBƏR VAR


13:57     23 Sentyabr 2017 bicaqlanma.PNG

Bakıda adam öldürməkdə təqsirləndirilən 18 yaşlı Mirismayıl Hüseynovun barəsində olan hökmdən dövlət ittihamçısı apellyasiya protesti verib.


Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas sentyabrın 28-nə təyin edilib.

İşə hakim Abid Abdinbəyovun sədrliyi ilə baxılacaq.

Xatırladaq ki, daha əvvəl zərərçəkmiş tərəf apellyasiya şikayəti verib.

Qeyd edək ki, hadisə 2016-cı il dekabrın 14-də Bakının Nəsimi rayonunda “Memar Əcəmi” metrostansiyasının qarşısında baş verib. M.Hüseynov bacısının telefonunda onun 21 yaşlı Ələkbər Muxtarovla yazışmasını görüb. Daha sonra qısqanaraq Ə.Muxtarovla haqq-hesab çəkmək qərarına gəlib. O, daha sonra başqa qız adı ilə profil açaraq bacısı ilə danışan şəxsə yazmağa başlayıb. Bir ay sürən danışıqlardan sonra nəhayət ki, onu görüşməyə razı sala bilib. “Memar Əcəmi” metrostansiyasının qarşısında baş tutan görüşlər zamanı tərəflər arasında mübahisə düşüb və M.Hüseynov Ə.Muxtarovu bıçaqlayaraq qətlə yetirib.

Onu da əlavə edək ki, M.Hüseynov Bakı Biznes Kooperasiya Kollecinin birinci kurs tələbəsi olub.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Hüseynov 5 il müddətinə azadlıqdan məhrum edilib. (Report.az)

Femida.az

Açar sözlər:

Oxunub: 1444


Oxşar xəbərlər