Güləşçilərimiz hərbçilərin dünya çempionatına qələbə ilə başladı
19:30 23 Sentyabr 2017
Litvanın Klaypeda şəhərində keçirilən hərbçilər arasında güləş üzrə 32-ci dünya çempionatının dördüncü gününün yarışları başlayıb.
Femida.az xəbər verir ki, Litva Beynəlxalq Universitetinin idman zalında keçirilən yarışın dördüncü günündə Azərbaycanın dörd güləşçisi mübarizəyə qoşulub. Belə ki, yunan-Roma güləşçilərimiz Elton Vəzirzadə (80 kq), İslam Abbasov (85 kq), Orxan Nuriyev (98 kq) və Cavid Feyziyev (130 kq) xalça üzərinə çıxacaqlar.
İdmançılarımızın hamısı ilk görüşdə qələbə qazanıblar. Elton Vəzirzadə isveç güləşçisi Dietçe Damianı 4:2 hesabı ilə məğlub edib. İslam Abbasov Estoniya təmsilçisi Piaser Martinə 8:0 hesabı ilə qalib gəlib. Orxan Nuriyev Koreya Respublikasından olan Gu Hak Bonu 13:2, Cavid Feyziyev isə çinli Siemge Qaribunu 4:0 hesabı ilə məğlub edib.
Femida.az
Oxunub: 866
Oxşar xəbərlər
- Güləşçilərimiz Dağıstanda 4 medal qazanıb
- Güləşçilərimiz finalda
- Güləşçilərimiz çempionatda 4 medal qazandı
- Güləşçilərimiz İranda qələbə qazandı
- Güləşçilərimiz 7 medal qazandı
- Güləşçilərimiz İrana gedir
- Güləşçilərimizin Olimpiya medalları əllərindən alınacaq – Dopinq
- Güləşçilərimizdən Rioda uğurlu nəticə
- Güləşçilərimiz Almaniya Qran Prisində yarışacaqlar
- Güləşçilərimiz üçüncü oldu