13 yaşlı uşağı it dişlədi


16:16     23 Sentyabr 2017 it%20disleedi.jpg

Tovuzda 13 yaşlı uşağı it dişləyib.


Femida.az Trend-ə istinadən xəbər verir ki, rayonun Çırdaxan kəndində baş verib. Kənd sakini, 2004-cü il təvəllüdlü Abbasov Fədai İltifat oğlunu həyətlərində it dişləyib.

Yaralı Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Məlumata görə, it azyaşlıya bədəninin bir-neçə yerindən ağır xəsarət yetirib.

Açar sözlər:

Oxunub: 829