Meksika yenə silkələndi


22:12     23 Sentyabr 2017 1506170213163511619_1000x669_1506173895.jpg

Meksika sahillərində 5,8 bal gücündə yeni zəlzələ olub.


Femida.az xarici KİV-lərə istinadla xəbər verir ki, yeraltı təkanların episentri ölkənin cənubunda, Paredon şəhərindən 48 kilometr cənub-qərbdə, zəlzələ ocağı isə yer səthindən 74,2 kilometr dərinlikdə yerləşib.

Dağıntılar, ölənlər və yaralananlar barədə hələlik heç bir informasiya verilmir.

Femida.az

Açar sözlər:

Oxunub: 761