Çində iki yaşayış evi yanıb, 11 nəfər ölüb


13:41     25 Sentyabr 2017 cin%20meden%20ucqub4.jpg

Çinin şərqində yerləşən Yuhuan şəhərində iki yaşayış evində baş verən yanğın nəticəsində 11 nəfər ölüb, 12 nəfər xəsarət alıb.


Femida.az
xəbər verir ki, 150 kvadrat metr əhatə edən yanğın hazırda söndürülüb, hadisə yerində xilasedici əməliyyat davam etdirilir.

Məlumata əsasən, yaralılardan 2-nin vəziyyəti ağır kimi qiymətləndirilir. Yanğının səbəbləri hələlik məlum deyil. Faktla bağlı araşdırmalara başlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 698